1999’dan bəri…

Haqqımızda


“Orelay” şirkəti 1999-cu ildə qurulmuşdur. Müəssisə Ağdaş rayonu ərazisində qeydiyyata alınmışdır. Müəssisə əsasən qənnadı məmulatları, dondurma və meyvə qurusu istehsalı ilə məşğuldur. Müəssisədə karamel, vafli, iris, draje, şokoladlı konfet və digər qənnadı məmulatları istehsal olunur. Məhsullarımız Azərbaycan Respublikasının bütün ərazisində satılmaqla yanaşı Rusiya, İran, Gürcüstan, İraq kimi xarici dövlətlərə də ixrac olunur. Müəssisəmizdə 100-dən çox əməkdaş çalışır.


Müəssisə Almaniya, Türkiyə, Tayvan, Çin, Rusiya və İran istehsalı olan müasir avadanlıqlarla təmin olunmuşdur. Müəssisədə qurulmuş müasir avadanlıqlar vasitəsi ilə quru meyvə istehsalı təsis olunmuşdur. Mövsümi olaraq yerli tədarükçülərdən alınmış meyvələrdən üzüm qurusu (kişmiş), qurudulmuş alça, gavalı, qurudulmuş xurma və s. istehsal olunaraq daxili istehsalda istifadə olunmaqla yanaşı ticarət obyektlərinə də tədarük olunur.


20 hektar torpaq sahəsində intensiv meyvə bağları salınmışdır. Müəssisə də respublikada ilk dəfə olaraq yeni bir sahəyə addım ataraq “Bitki Toxumalarının Mədəniyyəti Laboratoriyası” (“Plant Tissure Culture Laboratory”) yaradılmışdır. Laboratoriya vasitəsi ilə meyvə ağaclarının xəstəliklərə davamlı və daha məhsuldar kökaltıları istehsal olunaraq tingçilik təsərrüfatlarına tədarük edilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2 dəfə, 2005-ci və 2014-cü illərdə “Orelay” firmasında olaraq müəssisənin fəaliyyətini bəyənmiş və dəyərli məsləhətlər vermişdir. Cənab İ. Əliyevin tövsiyyələri əsasında meyvə qurusu emalı zavodu təsis olunmuşdur.

Məhsullar

Ləzzətin Hər Çeşidi

Regionun Ən Böyük Qənnadı Məhsulları İstehsalçısı